Şahbaz Şərif: İnkişaf etməkdə olan ölkələrin öhdəliklərini yerinə yetirməsi üçün...
Yusif Nəzərli
08:27 13.11.2024
Sosial
408
"Pakistan ümumi enerji tələbatının 60 faizinin ekoloji cəhətdən təmiz mənbələr hesabına əldə etməyi öhdəlik götürüb".
APA xəbər verir ki, bu sözləri Pakistan Prezidenti Məhəmməd Şahbaz Şərif "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində deyib.
O, həmçinin BMT çərçivəsində keçirilən COP27, COP28 və COP29 iqlim sammitlərində əldə olunan nəticələrin icrasının təmin edilməli, razılaşmaların isə yerinə yetirilməli olduğunu söyləyib:
"İqlim dəyişikliyi ilə bağlı tədbirlərin uğurlu olması üçün ilk növbədə, Parisdə 10 il əvvəl götürülən öhdəliklər yerinə yetirilməlidir. Pakistan xalqı əməksevər və məsuliyyətli xalqdır. Biz ümumi enerji tələbatımızın 60 faizinin ekoloji cəhətdən təmiz mənbələr hesabına əldə etməyi öhdəmizə götürmüşük. Lakin bunun üçün ölkəmizin beynəlxalq dəstəyə ehtiyacı var. İnkişaf etməkdə olan ölkələrin öz öhdəliklərini yerinə yetirməsi üçün 6 trilyon dollardan çox vəsaitə ehtiyacı var. Azərbaycanın rəhbərliyi ilə COP29-un maliyyə sammitinə çevriləcəyinə inanıram. İki il əvvəl biz demişdik ki, gələcək bizim fəaliyyətsizliyimizi bağışlamayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi