Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb
Yusif Nəzərli
15:14 04.01.2025
Sosial
589
Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbində şagirdlər üçün veloklub yaradılıb.
Sherg.az xəbər verir ki, klubun məqsədi velosipeddən istifadəni artırmaq, velosiped üçün əlverişli məktəb mühiti yaratmaq və şagirdləri fiziki sağlamlığa təşviq etməkdir.
Klubda həvəsli və marağı olan şagirdlər iştirak edə bilərlər. Artıq veloklub üçün sinif təyin olunub, dizayn işlərinə başlanılıb və velokouç təyin edilib. Velokouç şagirdlərə təlimlər və seminarlar keçir.
Xatırladırıq ki, layihə “YAŞIL DÜNYA NAMİNƏ VELOKLUB” adlanır və Təhsildə inkişaf və innovasiyalar üzrə VIII Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə rəhbəri Ləman Əsədzadədir.
Layihə çərçivəsində icra komandası formalaşdırılıb və vəzifə bölgüsü aparılıb.
Layihənin loqosu və banneri dizayn edilib və çap edilib.
“VELOKLUB” sosial şəbəkə hesabı və Google drive hesabı yaradılıb.
Şəmkir təhsil sektorunda digər qalib layihələrlə birgə açılış tədbiri keçirilib.
Valideynlər və şagirdləri maarifləndirmə aparmaq, layihə haqqında məlumat vermək üçün məktəbdə də açılış tədbiri keçirilib. Şagirdlər veloklub üçün ayrılmış sinifdə təlimlərə, seminar və vebinarlara başlanılıb. Bu tədbirlərdə yaxın gələcəkdə layihə çərçivəsində təşkil olunacaq veloturlarda diqqət edilməsi lazım olan təhlükəsizlik, sağlamlıq məsələlərinə toxunulub
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə