Son dəqiqə: Toyuq məhsullarının ixracı dayandırılır

Türkiyədə toyuq məhsullarının qiymətinin 15 faiz əsassız artımından sonra Ticarət Nazirliyi tədbir görüb.

Sherg.az xəbər verir ki, daxili bazarı qorumaq və qiymətləri sabitləşdirmək məqsədilə toyuq ixracının müvəqqəti dayandırılması barədə qərar verilib.

Nazirlikdən verilən məlumata görə, Ramazan ayı ərəfəsində vətəndaşlara mənfi təsir göstərən qiymət artımlarının qarşısını almaq üçün bu addım atılıb. Qərar sabahdan qüvvəyə minəcək.