
Təkcə yeni tikililər bahalaşmayıb... - EKSPERT
Yusif Nəzərli
08:07 05.12.2024
Sosial
416
Köhnə binalardakı mənzillər, həmçinin fərdi evlərin, torpaq sahələrinin qiymətində də artım müşahidə edilir
“Qiymətləri mənzilin harada yerləşməsi, metropoliten stansiyalarına yaxın ərazilərdə olub-olmaması da təyin edir”Paytaxtda mənzillərin qiyməti getdikcə artır. Bunu Dövlət Statistika Komitəsinin məlumatında görmək olur. DSK-nın məlumatına əsasən, 2024-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8 faiz, o cümlədən ilkin mənzil bazarında 4.3 faiz, təkrar mənzil bazarında isə 3.7 faiz artıb. Bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nın noyabr buraxılışında da bildirilir. Qeyd edilir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2 faiz, o cümlədən ilkin mənzil bazarında 10.3 faiz, təkrar mənzil bazarında isə 9.1 faiz artıb. Mənzil və kirayə ev bazarında qiymət artımı adətən yeni tədris ilinin başlanğıcı və regional situasiyaların dəyişməsi ilə baş verir. Qonşu ölkələrdə ictimai-siyasi qarışıqlıq, qeyri-müəyyənlik yaranan kimi, Bakıda mənzil almaq istəyənlərin sayı çoxalır. Bu da qiymətlərə təsirsiz ötüşmür.

Mənzil bazarında qiymət artımının səbəblərini izah edən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, nəinki yeni tikililər və ya köhnə binalardakı mənzillər, həmçinin fərdi evlərin, torpaq sahələrinin qiymətində də artım müşahidə edilir:
- Əvvəla, mənzil bazarındakı qiymət artımı ümumi qiymət artımına bağlıdır. Mənzillərin qiymətindəki artım həm də bina tikintisi üçün yararlı olan torpaq sahələrinin bahalaşması ilə bağlıdır. Bu, yeni tikilən mənzillərin qiymətlərinə də təbii ki, təsir edir. MTK-lar binanın tikintisinə çəkilən xərcin, sərf olunan vəsaitin müqabilində qiymət təyin edir. Buna bağlı olaraq köhnə binalardakı mənzillərin də qiyməti artır, fərdi evlərin, torpaq sahələrinin də. Fərdi evlərin qiymətindəki artıma səbəb həm də sənədsiz evlərin sənədləşdiriləcəyi ilə bağlı verilən məlumatlardır. Dünənədək fərdi evlərin qiyməti ona görə nisbətən aşağı olurdu ki, alıcı evin sənədsiz olduğunu əsas gətirib qiyməti salırdı. Amma son zamanlar bu amil aradan qalxır. Alıcılar bilir ki, sənədsiz evlərə də “kupça” veriləcək, hətta söküntü, köçürmə olduqda da ev sahiblərinə kompensasiya ödənilir, ona görə qiyməti sala bilmirlər, təklif olunan qiymətlə razılaşırlar. Mənzil, torpaq sahəsi, ümumiyyətlə, daşınmaz əmlak bazarı elədir ki, hətta tələb az olduqda belə təklif qiymətləri dəyişmir. Bir çox ərazilərdə söküntü işlərinin aparılması, köhnə binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi də qiymətlərə təsir edir. Nəzərə alaq ki, paytaxtda ərazi üzrə qiymətlər dəyişkəndir. Səbail rayonu, Yasamalda mənzil qiymətləri daha bahadır, nəinki məsələn, Nizami, Sabunçu, Suraxanı rayonlarında. Qiymətləri mənzilin harada yerləşməsi, metropoliten stansiyalarına yaxın ərazilərdə olub-olmaması da təyin edir. Alıcıların bir çoxu məhz metropoliten stansiyalarına yaxın, “metroüstü” evlərdə mənzil almaq istəyirlər. Çünki ictimai nəqliyyat problemindən qismən xilas olmaq imkanı var. İnsanlar həm də işə rahat gedib-gəlməyi düşünür. Fikir versək görərik ki, metrolara yaxın ərazilərdə yerləşən binalardakı mənzillər, ümumiyyətlə, kommunikasiya xətləri əlverişli olanlar daha yüksək qiymətə təklif edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual