
“Tənbəllik” damğası altında gizlənən əsl problem -Psixoloq ergofobiyadan danışdı
11:23 21.07.2025
Sosial
401
Zeynəb Əyyubova: Əgər işə getmək istəməmək davamlı hal alıbsa, bu, ciddi bir siqnaldır
Unutmayaq ki, sağlam psixika daha məhsuldar və balanslı iş həyatının əsas şərtidir
Çinin Hebey əyalətində qeyri-adi tibbi xidmət - "İşə getmək istəməyənlərin müalicəsi üzrə klinika" açılıb.
Oxu.Az "South China Morning Post"a (SCMP) istinadən xəbər verir ki, İnteqrasiya edilmiş Ənənəvi Çin və Qərb Tibb Xəstəxanasının təşəbbüsü artıq səs-küyə səbəb olub.
Yuxu və psixologiya şöbəsinin direktoru Yue Limin izah edib ki, klinikanın yaradılması ideyası məktəblilər üçün oxşar layihənin uğurundan sonra yaranıb. Belə ki, övladlarını "Mən məktəbə getməyi sevmirəm" klinikasına gətirən valideynlər tez-tez böyüklər üçün də analoji yardım haqqında soruşublar.
Klinikanın mütəxəssisləri peşəkar tükənmişlik, emosional qeyri-sabitlik hissi yaşayan və ya işlərinin mənasız olduğunu düşünən xəstələrə kömək edirlər. Yue vurğulayıb ki, klinika kömək üçün müraciət edən şəxslərə psixoloji maneəni azaltmaq üçün narahatlıq və ya depressiya terminlərindən qəsdən yayınır.
Diaqnostikaya psixoloji müsahibələr, xəstəlikləri (məsələn, hipertireoz) istisna etmək üçün fiziki müayinələr və fərdi terapiya planlarının hazırlanması daxildir. Layihəyə yüksək marağa baxmayaraq, Yue Limin qeyd edib ki, hələlik müraciət edən xəstələrin sayı elə də çox deyil.
Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, bəzən insanların işə getmək istəməməsi sadəcə tənbəllik deyil, bunun arxasında dərin psixoloji səbəblər dayanır:

“Bu vəziyyətə “ergofobiya” deyilir, yəni işləməkdən və ya iş mühitindən qorxma. Bu, bir fobiya və ya psixoloji narahatlıq forması ola bilər. İnsan özünü davamlı təzyiq altında hiss edir, uğursuz olmaqdan qorxur və nəticədə iş mühiti ilə bağlı düşüncələr belə onlarda narahatlıq yaradır. İşə getmək istəməmək və ya iş mühitindən uzaq durmaq istəyi bir neçə psixoloji problemin əlaməti ola bilər:
Enerji çatışmazlığı, motivasiyanın itməsi, özünü faydasız hiss etmək.
Anksiyete : Davamlı stress, işdə uğursuzluq qorxusu, sosial mühitlə bağlı narahatlıqlar.
İş yükünün həddindən artıq olması nəticəsində psixoloji və fiziki tükənmişlik. Hər şeyi mükəmməl etməyə çalışmaq və buna görə işləməyə başlamamaq".
Psixoloq qeyd edib ki, cəmiyyətin yüksək gözləntiləri, rəqabətli iş bazarı, uzun iş saatları və mükəmməllik mədəniyyəti insanların psixoloji sağlamlığına ciddi təsir göstərir:
"Çin, Yaponya və bəzi digər ölkələrdə bu təzyiqlər daha da güclüdür. İnsanlar sosial statuslarını, gələcəklərini işləri ilə birbaşa əlaqələndirdikləri üçün davamlı stres və qorxu içində yaşayırlar. Daxili hissləri görməzlikdən gəlməyin. Əgər işə getmək istəməmək davamlı hal alıbsa, bu, ciddi bir siqnaldır. Hisslərinizi dəyərləndirmək vacibdir. Psixoloq və ya terapevtlə söhbət etmək, vəziyyəti düzgün anlamaq və kök səbəbləri tapmaq baxımından çox faydalıdır. Həyat tərzində kiçik dəyişikliklər, iş rejimində düzəlişlər və stress idarəetmə texnikaları ilə vəziyyəti yüngülləşdirmək olar. Bəzən problemin səbəbi işin özü deyil, iş şəraiti və rəhbərliklə münasibətlərdir. Bu zaman mühitin dəyişməsi faydalı ola bilər. İşlə bağlı narahatlıq yaşamaq təbii və insani bir haldır. Əsas məsələ, bu hisslərin arxasında nələrin dayandığını anlamaq və uyğun dəstək alaraq həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Unutmayaq ki, sağlam psixika daha məhsuldar və balanslı iş həyatının əsas şərtidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi