Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub.

APA xəbər verir ki, bu gün qəsəbəyə 16 ailə - 55 nəfər köçürülüb.

Qəsəbəyə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Qırmızı Bazar qəsəbəsinə qayıdanların sayı 254 nəfərə (67 ailə) çatıb.

Qalereya