170 qonaq, sıx təhlükəsizlik: Selena Qomez musiqi prodüseri ilə gizli toy etdi

Filmlərdəki rolları, oxuduğu mahnıları və gözəllik markası ilə tez-tez gündəmə gələn Selena Qomez, axtardığı sevgini musiqi prodüseri Benny Blancoda tapıb.

Sherg.az xəbər verir ki, iki ildir sevgi yaşayan Selena Qomez və Benny Blanco, 27 sentyabrda Santa Barbarada evləniblər.

Hollivud ulduzlarının iştirak etdiyi toyda mətbuat nümayəndələri çağırılmayıb.
Sıx təhlükəsizlik tədbirləri altında keçirilən toydə Selena Qomez xüsusi dizayn edilmiş Ralph Lauren gəlinlik seçib.
Paul Rudd, Martin Short, Steve Martin, Taylor Swift, Ed Sheeran və Paris Hilton kimi bir çox məşhurun iştirak etdiyi mərasimdən sonra ilk paylaşım Selena Qomezdən gəlib.
Bəzi saatlardan sonra Benny Blanco da toydan bir neçə şəkli izləyiciləri ilə paylaşıb.
37 yaşlı məşhur, paylaşımına “Mən həqiqi Disney şahzadəsi ilə evləndim” şərhini yazıb.
Blanconun paylaşdığı şəkillərə minlərlə bəyənmə və təbrik şərhləri gəlib.
170 nəfərin qatıldığı toydə sıx təhlükəsizlik tədbirləri görülüb. Gecə boyunca yemək yemək, rəqs etmək və bayram etmək üçün böyük ağ çadırlar qurulub.