Zeynep Baştık "ən seksual türk qadını seçildi": Sosial media ikiyə bölündü

Səhnə şouları ilə gündəm olmağı bacaran məşhur müğənni Zeynep Baştık sosial şəbəkədə yazılan şərhlərlə qısa zamanda ən çox danışılanlardan birinə çevrilib. Məşhur adın “Yaşayan ən seksual türk qadını” seçildiyi deyilirdi. Sosial şəbəkədə məşhur müğənni ilə bağlı şərhlər yağıb.
Sherg.az xəbər verir ki, məşhur adın bu titulu alması sosial mediada böyük tənqidlə qarşılanıb.
Məşhur müğənni haqqında "Seksualmı? Kim seçdi?", Bu, zarafatmı? Tək qatılan odurmu? kimi şərhlər edildi.

Qeyd edək ki, Müğənni Zeynep Baştık və Tolqa Strim 2021-ci ildə ailə qurub, bir il keçməmiş boşanıblar. Boşandıqdan sonra Baştık Ali Can Ayyıldızla münasibət qurub.
Məşhur ad indi Survivorun keçmiş iştirakçılarından Serkay Tütüncü ilə eşq yaşayır.