Kıvanç Tatlıtuğ oğlu ilə yeni fotosunu paylaşıb

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ oğlu Kurt Efe ilə yeni fotosunu izləyiciləri ilə paylaşıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 2016-cı ildə model Başak Dizerlə evlənən Kıvanç Tatlıtuğun 2022-ci ildə oğlu Kurt Efe dünyaya gəlib. 


Şəxsi həyatlarını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən məşhur cütlük son aylarda Kıvanç Tatlıtuğun kulinariya təlimi üçün bir müddət əvvəl Londona gedib. Bu günlərdə Türkiyəyə qayıdan Kıvanç Tatlıtuğ oğlu Kurt Efe ilə yeni fotosunu paylaşıb. Tatlıtuğun oğlu ilə Londonda metro stansiyasında çəkdirdiyi foto böyük marağa səbəb olub. Məşhur aktyor və ona çox oxşayan oğlu 2 yaşlı Kurt Efeyə "Ən xarizmatik ata və oğul" kimi şərhlər gəlib. Digər tərəfdən, Kıvanç Tatlıtuğ daha əvvəl ata olmaqdan danışaraq, "Uşaq haqqında deyiləcək bütün sözlər eynidir. Bu, tamam başqa hissdir. Onun inkişafı da bizi böyüdür. Hər gün yeni şeylər öyrənirəm. Gözlərimlə, bəzən də təbəssümlə onun böyüməsini izləyirəm. Övladlarımızın yolu, bəxti açıq olsun, sağlam olsunlar”, deyib.