Taylandda sürpriz qarşılaşma! Avatar Atakan paylaşdı, ortaya çıxdı - FOTO

"Survivor 2025" böyük maraqla davam edir. İllərdir ekranlarda tanınan yarışmaçıların dostluqları isə hələ də davam etməkdədir. Uzun müddətdir Taylandda olan Avatar Atakan və Sabriye Şengül, Balidə gözlənilmədən bir araya gəliblər.

Sherg.az xəbər verir ki, "Survivor"a qatıldıqları dövrdə yarışmaya damğasını vuran Avatar Atakan və Sabriye Şengül, Taylandda qarşılaşıblar. Uzun müddətdir Taylandda məşqlərini davam etdirən Sabriye Şengül, orada ailəsi ilə birlikdə istirahətdə olan Avatar Atakanla təsadüfən rastlaşıb.

O anları Instagram hesabında paylaşan Avatar Atakan, fotoya "Kimi tapdım" qeydi əlavə edib.