"Terminator" ilə tanınan və rejissoru James Cameron olan filmlərdə iştirak edən Arnold Şvartsnegger adını Hollivudun ən yaxşı aktyorları sırasına yazdırıb.
Sherg.az xəbər verir ki, aktyorun oğlu Patrick də atasının yolunu davam etdirir. Hal-hazırda "The White Lotus" serialındakı rolu ilə olduqca populyar olan Patrick Şvartsnegger atası ilə bir filmdə rol almaq istədiyini deyib.
31 yaşlı aktyor "The Hollywood Reporter"ə verdiyi müsahibədə belə deyib:
“Qəti şəkildə bir aksiyon filmində rol almaq istəyirəm. Gələcəkdə məqsədim bu cür işlər görməkdir. Əgər bu mənim üçün doğru addımdırsa, bunu etmək çox istərdim. Atamla danışdım və əgər o da razı olsa, bu layihəni birlikdə həyata keçirmək istədiyimi söylədim. Əvvəllər belə bir istəklə çıxış etməmişdim, amma indi karyeramda elə bir mərhələdəyəm ki, atamla işləyərkən özümü rahat hiss edə biləcəyimə inanıram.”