Oskar mükafatlı aktrisa Cate Blanchett aktyorluğu tərk edəcək
Oskar mükafatçısı, Avstraliyalı 55 yaşlı aktrisa Cate Blanchett bir gün aktyorluğu buraxacağını açıqlayıb. O, gözlərdən uzaq, sakit bir həyat yaşamaq istədiyini və "həyatı ilə bağlı etmək istədiyi çox şey olduğunu" deyib.
Sherg.az xəbər verir ki, “BBC Radio 4”-ə müsahibəsində ulduz, məşhur olmağı hələ də qəbul edə bilmədiyini deyib. “Bunu hər dəfə dediyimdə ailəm gözlərini döyür, amma mən ciddiyəm. Aktyorluğu tərk etmək məsələsində ciddiyəm. Həyatımla bağlı həyata keçirmək istədiyim çox şey var,” – deyə Blanchett bildirib. O, son olaraq 2025-ci il istehsalı olan “Black Bag” adlı filmdə rol alıb.
Aktrisa, “Blue Jasmine” filmindəki rolu ilə Oskar qazanıb.
Onun ulduzu isə 1998-ci ildə çəkilmiş Elizabeth filmi ilə parlayıb.