Adelin mahnısı bütün dünyada qadağan edildi
Yusif Nəzərli
14:49 17.12.2024
Şou
549
Braziliya məhkəməsi Britaniyalı pop müğənnisi Adelin "Million Years Ago" (Milyon il əvvəl) mahnısının bütün dünyada, o cümlədən musiqi yayım xidmətlərində satışdan çıxarılmasına qərar verib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, ilkin qadağa "Sony" və "Universal" şirkətlərinə qoyulub. Onlardan mahnının istifadəsi, yayımlanması, redaktəsi, paylaşılması və ya hər hansı şəkildə kommersiyalaşdırılmasını dərhal dayandırmaq və bunu bütün dünyada tətbiq etmək tələb olunub.
Qərar bəstəkar Toninyo Geraes tərəfindən qaldırılan plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini Martinyo da Vilanın 1996-cı il "Mulheres" kompozisiyası üçün özünün yazdığı musiqidən yararlanmaqda ittiham edib.
Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və bir neçə musiqi şirkətindən - o cümlədən "Sony" və "Universal"dan 160 min dollar təzminat tələb edib. Bəstəkar, həmçinin, Adelin mahnısının müəllif hüquqlarını almaq niyyətindədir.
Bildirilir ki, "Sony" və "Universal"ın törəmə şirkətləri hər bir riayət etməmə aktı üçün 8 min dollar cərimə ilə üzləşə bilərlər. Lakin musiqi şirkətləri hələ də bu qərardan apellyasiya şikayəti verə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi