Afət bu dəfə Nizamidən oxuyacaq: “İfam hazırdı” – Hansı qəzəl ?
Yusif Sultanoğlu
14:04 11.01.2021
Şou
734
“Qəzəlin adını desəm, ideyamı oğurlayarlar”
“Çox qəliz, yaxud da farsca olan qəzəllərdən deyil, öz dilimizdədir. Bir də bu dəfə hind mahnısı ilə oxumamışam”
“Cənubi Azərbaycan musiqisi ilə sintez etmişəm. Yanvarın 25-dən sonra “YouTube”da olacaq”
Bir müddət öncə Nəsiminin “Sığmazam”qəzəlinə oxuduğu mahnı ilə gündəmə gələn Afət Fərmanqızı növbəti dəfə Nizami Gəncəvinin yaradıcılığına müraciət edib. 2021-ci ilin “Nizami ili” adlandırılmasının ardından, müğənni dahi şair və filisofun qəzəllərindən birini mahnı şəklində ifa edib.
Bu barədə Afət Fərmanqızı “Sherg.az”a açıqlamasında danışıb. O, mahnının yanvar ayının sonunda ictimaiyyətə təqdim olunacağını söyləyib:
“Artıq Nizaminin qəzəlini musiqi ilə ifa etmişəm. Lakin tamamlanmamış bir-iki iş alıb. Bir də gözləyirəm ki, “20 yanvar” keçsin, şəhidlərimizin 40-ı çıxsın. Çünki mahnı şəndir. Hazırkı durumumuza uyğun deyil. Amma ifam hazırdır. Yanvar ayının sonunda yayınlanacaq. Bu qanlı günlərdən uzaqlaşaq. İnsanlarda da şən mahnılara qulaq asmaq ab-havası yoxdur. Yoxsa indi o mahnını efirə çıxartsam, heç kimin əhval-ruhiyəsinə uyğun olmaz”.
Müğənni qəzəlin adını açıqlamasa da, mahnı haqqında ipucu verdi:
“Qəzəlin adını desəm, ideyamı oğurlayarlar. Başıma belə bir hadisə gəlib. Bir dəfə sənət yoldaşıma mahnı göstərdim ki, səncə, bunu oxuyum? Dedi, yox. Mahnının adı “Gəlinim” idi.
Bir aydan sonra həmin adam gəlinim sözünün əvəzinə qızım yazıb, ifa etdi. Ondan sonra özümə söz vermişəm ki, mahnı yayınlanana qədər adını çəkməyəcəm.
Lakin sözləri çox gözəldir. Hamımızın gündəlik işlətdiyimiz sadə ifadələrdir. Çox qəliz, yaxud da farsca olan qəzəllərdən deyil, öz dilimizdədir. Bir də bu dəfə hind mahnısı ilə oxumamışam.
Cənubi Azərbaycan musiqisi ilə sintez etmişəm. Qeyd edim ki, musiqisi Peyman Təbriziyə, sözləri Nizami Gəncəviyə məxsusdur. Ayın 25-dən sonra “YouTube”da olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya