Ağamirzəni peşiman etdilər – Daha video paylaşmayacaq ! – NİYƏ?
Yusif Sultanoğlu
16:58 17.06.2020
Şou
1322
“Altına min dənə söz yazıblar, ona görə də tərgitdim”
“Başımı aşağı salıb, öz həyatımı yaşasam yaxşıdır"
Sosial şəbəkələr yalnız gənclərin deyil, həm də yaşlı nəslin əyləncə məkanına çevrilib. Hətta İnstaqram, Feysbuk kimi platformalarda tanınmış yazıçılara, korifey sənətkarlara və meyxanaçılara da rast gəlmək mümkündür.
Ustad meyxanaçı Ağamirzə də onlayn aləmin fəal məşhurlarındandır. Söz xridarı paylaşımları ilə də diqqətləri özünə çəkə bilir. Belə ki, sənətkar son vaxtlar çəkdiyi videolarla gündəmə gəlib. Hər gün paylaşdığı bir dəqiqəlik videolarda söylədiyi hikmətli sözlərlə izləyicilərinə məsləhət verir. Lakin meyxanaçının paylaşımlarına həm yumoristik, həm ironik, həm də tənqidi rəylər yazılır.
Bu paylaşımların sosial mesajını öyrənmək üçün söz ustadı ilə əlaqə saxladıq. Ağamirzə müəllim “Sherg.az”a gələn şərhlərdən sonra paylaşımları dayandırdığını söylədi:
“Altına min dənə söz yazıblar, ona görə də tərgitdim. Hərə bir söz yazıb, biri də yazıb ki, uşaq söhbətləridir. Allaha tapşırıram, yazan adamların allahları bilir. Necə deyim allah cəzasınımı versin, nə məsləhət bilir elə də etsin. Videoda dediklərim, öz sözlərim də deyil, baxıram kitablardan, hədislərdən, müqqədəslərin kəlamlarından götürüb deyirəm. Görürəm xeyri yoxdur, bəzilərinə lazım deyil. 10 faizinə başqa adamlara qulaq asmaq daha vacibdir. Ona görə həvəsdən düşdüm, dayandırdım.
Söz xridarı onu da əlavə etdi ki, sosial şəbəkələrdəki paylaşımlarına gələn rəylərə bağlayıb:
“Bir dəfə dayanmışam maşının yanında uşaqlara nəsihət edirəm:
Maşını şeytan əli bəsləyib, çox yekə dağlar qoyub
Gözü yaşlı gəlinlər, körpə uşaqlar qoyub.
Cavan gedən oğullar, anaları ağlar qoyub.
Özün fikirləş brat maşını yavaş sür...
Görürəm altından yazıblar ki, maşınını reklam etməyə başlayıb. Bunlardansa, sakitlik, rəyləri bağlamaq daha yaxşıdır. Nə bilim Vallah.. Razı olduqlarım da, narazı qaldıqlarım da var. Başımı aşağı salıb, öz həyatımı yaşasam yaxşıdır. Vallah heç mümkün deyil. Danışırsan bir cür, danışmırsan başqa cür olur... Ona görə danışmamaq ondan yaxşıdır. Həzrəti Loğman buyurub ki, “Ömrümdə danışmadığıma görə peşman olmamışam, elə hallar olub ki, danışdığıma peşman olmuşam” Ona görə səssiz qalmaq ondan yaxşıdır. Allah hamını var eləsin, pisi də yaxşıya çevirsin...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya