Türkiyənin ulduz müğənnisi İbrahim Tatlısəs ilə oğlu Ahmet Tatlısəs arasındakı gərginlik davam edir. Mal varlığı və “Tatlısəs” markasının istifadəsi ilə bağlı davalı olan ata-oğul, son günlər sosial mediada bir-birinə göndərmələr edirlər.
Sherg.az xəbər verir ki, Ahmet Tatlısəs sosial media paylaşımında yazıb:
"Hər kəs səhv edə bilər, amma səhvin bədəlini övladdan ödətmək heç bir şəkildə izah edilə bilməz. Hörmət bizdə qalır. Həqiqət də yerindədir."
Xalq arasında “İmperator” ləqəbi ilə tanınan İbrahim Tatlısəsin bu paylaşım qarşısında necə reaksiya verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, əvvəlki məhkəmə qərarına əsasən, böyük oğlu Mert Tatlı Prettinin dədəsinə aid mülkü boşaltmalı və haqsız işğal üçün təzminat ödəməli idi. Həmçinin Ahmet Tatlısəs barədə məhkəmə onun atasına qarşı təhdid iddiaları ilə elektron kelepçə qərarı vermişdi.