Aiseldən Avroviziya iddialarına cavab!

Müğənni Aisel Avroviziyaya müraciəti ilə bağlı iddialara cavab verib.

OLAY yazır ki, sənətçi instaqramda “story” paylaşaraq bunları yazıb:

“Əziz dostlar və izləyicilərim, bildirmək istəyirəm ki, mən Avroviziya müsabiqəsinə müraciət etməmişəm və artıq müraciət etməyi də planlaşdırmıram. Avroviziya fanatlarına xoş sözləri və dəstəkləri üçün təşəkkür edirəm. Gördüyünüz kimi, mən müsabiqələrdən asılı olmayaraq, öz yaradıcılığımla məşğulam və diqqətimi tam olaraq yeni lahiyələrimə yönəltmişəm”.

Qeyd edək ki, Aisel “Avroviziya-2018”də iştirak edib.