Aktyor oğlu Devinlə yeni fotosunu paylaşıb

Aktyor Çağrı Çıtanak oğlu Devinlə yeni fotosunu paylaşıb.

Sherg.az xəbər verir ki, aktrisa Başak Gümülcinelioğlu ilə evli olan Çıtanak 2025-ci il 4 noyabrda ilk dəfə ata olub. Cütlük oğullarına “hərəkət və səy” mənasını verən Devin adını qoyub. Oğlunun çiynində yatdığı fotonu paylaşan Çıtanak, “Heç vaxt köhnəlməsin deyə paylaşıram. İstədiyin zaman çiyinlərimi ikiqat çarpayı kimi istifadə edə bilərsən, oğlum. Səni sevirəm” sözlərini yazıb.