Aleyna Tilkinin narkotik test nəticələri müsbət çıxdı

Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin saç və qan nümunəsi üzrə test nəticələri pozitiv çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, 25 yaşlı müğənninin marixuana istifadə etdiyi müəyyən edilib.

Xatırladaq ki, ötən il dekabrın 18-də Türkiyədə polisin keçirdiyi əməliyyat çərçivəsində müğənni Aleyna Tilki ilə yanaşı, bir sıra məşhurlar da saxlanılmışdı.