Amber Heard əkiz uşaq sahibi oldu
09:50 12.05.2025
Şou
375
Johnny Depp ilə qalmaqallı şəkildə boşanan Amber Heard, üçüncü dəfə ana olduğunu açıqlayıb.
Sherg.az xəbər verir ki, böhtan davasını uduzduqdan sonra ABŞ-ı tərk edən Amber Heard, sosial media hesabında paylaşdığı yazı ilə gündəmə gəlib.
İspaniyaya yerləşən amerikalı aktrisa, əkiz uşaq sahibi olduğunu açıqlayıb. Instagram hesabında paylaşım edən 39 yaşlı ulduz, ötən ilin dekabr ayında ikinci övladını gözlədiyini bildirmişdi.
4 yaşlı Oonagh Paige adlı bir qızı olan Heard, paylaşımında belə yazıb:
“2025-ci ilin Analar Günü mənim üçün heç vaxt unudulmayacaq bir gün olacaq. İllərlə qurmağa çalışdığım ailəmin tamamlanmasından dolayı bu il sözlərlə ifadə edilə bilməyəcək qədər xoşbəxtəm. Bu gün rəsmi olaraq əkiz körpələrin Heard ailəsinə qoşulduğunu paylaşmaq istəyirəm.”
Agnes adlı bir qızı və Ocean adlı bir oğlu olduğunu bildirən ulduz, bunları da əlavə edib:
“Dörd il əvvəl ilk qızım Oonagh doğulduğunda dünyam dəyişdi… Doğumla bağlı yaşadığım çətinliklərə baxmayaraq, özüm tək və öz şərtlərimlə ana olmaq həyatımın ən gözəl təcrübəsi oldu.”
Johnny Depp, Amber Heardə qarşı açdığı böhtan davasını udmuşdu. Hazırda İspaniyada yaşayan və Hollivuddan uzaqlaşan Heard, həyatını analığa həsr etdiyini açıqlamışdı.
Heard, daha öncə sağlamlıq problemlərinə görə heç vaxt bioloji olaraq uşaq daşıya bilməyəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə