
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı
11:05 17.04.2025
Şou
441
“Gossip Girl” serialında Georgina obrazını canlandıran Mişel Traxtenberq 39 yaşında dünyasını dəyişib. Məşhur aktrisanın ölüm səbəbi məlum olub.
Sherg.az xəbər verir ki, Traxtenberqin Nyu-Yorkdakı evində “şüursuz və reaksiyasız” vəziyyətdə tapıldığı açıqlanmışdı.
“The Guardian” nəşrinin məlumatına görə, Mişel Traxtenberqin diyabetlə bağlı yaranan fəsadlar səbəbilə vəfat etdiyi bildirilib.
Aktrisanın səhhətində uzun müddətdir problemlər olduğu və ölümünün “təbii səbəblərlə” əlaqəli olduğu vurğulanıb.
Aktrisanın ailəsi otopsi aparılmasını rədd edib. Nyu-York tibbi ekspertizası isə Traxtenberqin ölümündə şübhəli bir hal olmadığı üçün otopsiyaya ehtiyac duyulmadığını açıqlayıb.

11 oktyabr 1985-ci ildə Nyu-Yorkda doğulan Mişel Traxtenberq uşaqlıq illərində aktyorluğa başlayıb. O, hələ 9 yaşında olarkən “The Adventures of Pete and Pete” serialında rol alıb.
İlk kino təcrübəsini isə 1996-cı ildə çəkilən “Harriet the Spy” filmində baş rol ifaçısı olaraq yaşayıb.
Aktrisa “Buffy the Vampire Slayer” serialında Buffy'nin bacısı Dawn Summers obrazını canlandırdıqdan sonra “Gossip Girl” serialındakı Georgina Sparks rolu ilə dünya miqyasında tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm