
Anasının ölümü ilə sarsılmışdı! - “Hər konsert dərman kimi gəlir”
11:34 08.05.2025
Şou
314
Tarkan turnesini niyə yarımçıq qoymaq istəmədiyini konsertdə açıqladı
Məşhur sənətçi Tarkan, anası Neşə Tevetoğlunun ölümündən sonra ara verdiyi Almaniya turnesinə davam edir. O, konsertdə etdiyi çıxışda turneni niyə yarımçıq qoymaq istəmədiyini izah edib.
Sherg.az xəbər verir ki, məşhur müğənni Tarkan Tevetoğlunun 68 yaşında infarktdan dünyasını dəyişən anası Neşə Tevetoğlu, 17 aprel tarixində İstanbulda son mənzilə yola salınmışdı. Avropa turnesində olan Tarkan, xəbəri alan kimi dərhal İstanbula qayıtmışdı.
Tarkan, anasının vəfatından sonra etdiyi paylaşımda belə yazmışdı:
“Ana itkisi içində yanan odlu bir atəşdir. Bilirəm ki, bu atəş asanlıqla sönməyəcək. Ən çox ehtiyacım olan günlərdə ürəyimə su səpən və yanımda olan hər kəsə çox təşəkkür edirəm. Bu ağır günlərimdə mənə dəstək olan bütün sevdiklərimə, dinləyicilərimə, ailəmə, qohumlarıma, yaxın dostlarıma, komandama və bütün dəyərli sənətçi dostlarıma ürəkdən təşəkkür edirəm. Amma ən çox da bu çətin günlərdə daim yanımda olan həyat yoldaşım Pınara və varlığı ilə zaman-zaman acımı unutdurub üzümü güldürən canım qızıma təşəkkür edirəm. Sağ olun, var olun.”
Anasının vəfatından sonra ilk dəfə səhnəyə çıxan Tarkan, Ştutqartdakı konsertində göz yaşlarını saxlaya bilməmişdi.

Tarkan, Hamburq konsertində onu dinləməyə gələn tamaşaçılara turnesini niyə dayandırmadığını bu sözlərlə izah edib:
“Təşəkkür edirəm. Bu gün sizi də üzmək, sizə acımı yansıtmaq istəmirəm. Siz mənə yaxşı təsir edin, mən də sizə. Doğrudan da bir az rahatlayaq. Amma arada da məni bağışlayın. Hələ bir az vaxta ehtiyacım var. Sizin enerjinizə çox ehtiyacım var. Ona görə bu konsertləri mütləq edəcəyimi dedim. Mənim onlara ehtiyacım var. Yaxşı gündə də, pis gündə də birlikdə olmalıyıq.”
Konsertdən sonra sosial media hesabında paylaşım edən Tarkan yazıb:
“Çox təşəkkürlər, Hamburq. Sevginiz və dəstəyinizlə daha yaxşıyam. Hər konsert mənə dərman kimi gəlir. Yaxşı ki, varsınız.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə