Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib
Yusif Nəzərli
07:50 23.09.2025
Şou
560
Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyəti ölkəmizin İsrailə görə yarışmadan iştirakdan imtinası ilə yayılan xəbərlərə münasibət bildirib.
APA xəbər verir ki, Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov bildirib ki, İsrailin “Avroviziya” mahnı müsabiqəsində iştirak etmədiyi təqdirdə, Azərbaycanın yarışmadan imtina edəcəyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
“İsrail və ya başqa dövlət olsun, biz siyasətə qarışmırıq”, - Turab Teymurov qeyd edib.
Qeyd edək ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanıb.
Hələ ötən həftə APA-nın əldə etdiyi xəbərə görə, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.
Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.
2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.
Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.
Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat