Bayağı ifaçılar nə edirlərsə, baxılır - Xalq artisti
Yusif Nəzərli
22:27 18.05.2025
Şou
414
Xalq artisti Faiq Ağayev "Full şou" proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi bayağı müğənnilərin verilişlərdə reytinq verməsi ilə bağlı müzakirələrə münasibət bildirib:
"Bunun tamamilə səhv söhbət olduğunu desəm, naşükürlük etmiş olaram. Hər yeni layihə açılanda birinci məni çağırırlar. Reytinq verirsiniz, veriliş də qəşəng olur, davamı da gəlir. Mənimlə yanaşı bir neçə həmkarım. Amma Lalə Məmmədovanın da dediyində həqiqət var. Biz reytinq verənlər sosial şəbəkədə ciddi bir paylaşım edəndə baxış sayı aşağı düşür. Amma maşında gedə-gedə videonu çəkirsən, minlərcə baxış olur. Bizdə qeyri-stabildir. Amma bayağı ifaçılar nə edirlərsə, baxılır".
F.Ağayev şəxsi əşyalarını və mülkünü nümayiş etdirməyi sevmədiyini vurğulayıb:
"Mən bu səhnəyə nələrimisə göstərməyə gəlməmişəm. Onu səhnədə edirəm. Amma baxın, mənim saatım, ayaqqabım, maşınım, evim, 7 metr uzunluğunda portretim var, çilçırağım hansındandır. Sevmirəm elə şeyləri. Mənə elə gözəl portretlər bağışlayıblar, müxtəlif cür. Muncuqlu, zərli... Onlar evdədir. Amma qonaq gələndə onları görmür. Onlar mənim otağımdadır. Hansı ki, yanında afişalarım da divardan asılıb. Rəfdə aldığım mükafatlar var. Ora kabinetimdir. İçəri girəndə bilirsən ki, musiqiçi kəbinetidir. Amma evin girişində və ya ictimai istifadə olunan yerlərində yoxdur. Mən hətta bir nəfərin hamam otağında şəklini qoyuduğunu görmüşən. Yəqin çiməndə özünə baxır, zövq alır, Hindistan filmlərindəki kimi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə