Türkiyəli müğənni Bengü 2026-cı ili Antalyada səhnədə qarşılayıb.
Sherg.az xəbər verir ki, konsertdən sonra jurnalistlərə açıqlama verən sənətçi yeni ilə uğurlu start verdiklərini bildirib.
Bengü qeyd edib ki, 2025-ci ildə verdiyi qərarları 2026-cı ildə həyata keçirməyi planlaşdırır. Müğənni yeni dövrdə fərqli bir yaradıcılıq istiqaməti ilə yoluna davam edəcəyini vurğulayıb.
“Özüm üçün çox doğru qərarlar vermişəm. Yepyeni bir formalaşma ilə irəliləyəcəyəm. Ən əsası isə bundan sonra özümə daha çox dəyər verəcəyəm. Çünki buna layiq olduğumu düşünürəm”, – deyə Bengü bildirib.