
Beyonse dünya turnesi ilə rekorda rekord əlavə etdi
09:41 02.06.2025
Şou
334
"Cowboy Carter" albomu ilə 2024-cü ilə damğasını vuran məşhur amerikalı müğənni Beyonse, dünya turnesi ilə yenidən gündəmə gəlib. Grammy mükafatlı, 43 yaşlı sənətçi bir çox rekord qırıb.
Sherg.az xəbər verir ki, 22 may – 29 may tarixləri arasında Nyu-Cersi ştatının East Rutherford şəhərində yerləşən MetLife stadionunda ardıcıl beş gecə səhnəyə çıxan Beyonse, rekorda rekord əlavə edib və hətta öz əvvəlki rekordunu belə keçib.
Live Nationun məlumatına görə, Beyonse MetLife stadionunda indiyə qədər bir sənətçi tərəfindən keçirilən ən çox – 12 konsertlə tarixə düşüb.

Müğənni eyni zamanda "Cowboy Carter" turnesi çərçivəsində: tək bir turne daxilində ən çox konsert verən, 250 mindən çox bilet satışı ilə ən yüksək bilet satışına nail olan və ümumilikdə tək bir sənətçi tərəfindən bütün dövrlər üzrə ən çox bileti satılan musiqiçi olmağı bacarıb.
Beyonse , sadəcə beş konsertdən 70 milyon dollar gəlir əldə edərək, bütün dövrlərin ən çox gəlir gətirən konsertini keçirmiş sənətçi olub.
Bundan əlavə, o, SoFi stadionunda 55,7 milyon dollarlıq gəlirlə tarixdə ən çox qazanan qadın sənətçi adını da əldə edib.
Nyu Cersi, Beyonsenin turne çərçivəsindəki üçüncü dayanacağı idi. Müğənni gələn həftə Londona, daha sonra isə Fransada üç gecəlik konsert verməyə gedəcək. İyun ayının sonunda isə doğma şəhəri olan Hyuston, Texasa yollanacaq.
Turne daha sonra Vaşinqton DC, Atlanta və Las Veqasda davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm
İran Naxçıvana hücumda hansı dronlardan istifadə edib? - DETALLAR
14:37 05.03.2026
Gündəm
Kreml: İran Rusiyaya kömək üçün müraciət etməyib
14:26 05.03.2026
Dünya