Beyonsedən əri Jay-Z-nin 13 yaşlı qızı zorlama ittihamına reaksiya
13:24 10.12.2024
Şou
510
13 yaşlı qızı zorlaması barədə ittihamlardan sonra Jay-Z heç nə olmamış kimi davranır və müxtəlif tədbirlərə qatılır. Qeyd edək ki, prodüserin həyat yoldaşı Beyonsenin də onu tək qoymadığı diqqətdən yayınmayıb. Belə ki, ulduz ailə qızları Blyu Ayvi ilə birlikdə "Mufasa: The Lion King" filminin premyerasında iştirak edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, tədbirdə onları Beyonsenin anası Tina Noulz müşayiət edib.
O da məlumdur ki, reperin vəkili artıq məhkəmədə qarşılıqlı iddia qaldırıb. Jay-Z onu ittiham edən şəxsin öz adını açıqlamasını, həmçinin, onun şərəf və ləyaqətini ləkələməyi dayandırmasını tələb edib.
Xatırladaq ki, Jay-Z kimi tanınan reper Şon Karter 2000-ci ildə "MTV Video Music Awards" mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə 13 yaşlı qızı zorlamaqda ittiham edilir. Zərərçəkənin adı açıqlanmasa da, işin bəzi təfərrüatı məlum olub. Məlumata görə, həmin vaxt 13 yaşında olan qız mükafatlandırma gecəsinə getmək istəyib, lakin bileti olmayıb. Sürücülərdən biri ona baxaraq "Diddinin (Şon Kombs) axtardığına uyğun olduğunu" qeyd edib. Gecəyə daxil olan qız məxfilik sənədlərini imzalayıb. İddiaçının sözlərinə görə, Karter onu zorlayıb, Diddi və adı açıqlanmayan məşhur qadın isə prosesi izləyiblər. O, həmçinin, Diddi tərəfindən seksə məcbur edildiyini, lakin onun boynuna vurduğunu və "Kombsun dayandığını" iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi