Müğənni Lətifə Soyuöz açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, Lətifə “Afaqla 10lar” verilişində ad çəkmədən onun yolunu bağlayan müğənnidən danışıb:
“Bütün günü studiyadayam, artıq qayıdıram sənətimə. Mahnılarımı, qəşəng libaslarımı yığmışam, gəlirəm od püskürməyə. Hərdən düşünürəm ki, qalmaqallı danışım. Deyim, filan müğənni yolumu kəsmək istəyir. Adını da açıqlayım. Bir müğənni var, bir neçə sayta deyib ki, Lətifədən yazmayın. Xanım ifaçıdır. İnsan özünə əmin olanda kiminsə yolunu bağlamağı düşünmür. Özünü ucuz aparmaq olmaz”.