Bred Pittin evi qarət edildi

Hollivud ulduzunun 5,5 milyon dollarlıq lüks evində yeni təhlükəsizlik tədbirləri gördüyü bildirilir

Hollivud “ulduzu” Bred Pitt oğruların hədəfinə düşüb. Məşhur aktyorun  Los-Ancelesdəki evi qarət edilib. Oğruların üç nəfər olduğu ehtimal edilir.

Sherg.az “NTV,com.tr”yə istinadən xəbər verir ki, yerli polis üç şübhəlinin səhər erkən saatlarda aktyorun evinə ön pəncərədən daxil olduqlarını və qarət etdiklərini  bildirib. Səlahiyyətlilər şübhəlilərin oğurlanmış əşyaları götürərək qaçdıqlarını deyib, lakin oğurlanan əşyaların nə adları, nə də dəyəri açıqlanmayıb. Hadisə zamanı evdə olmayan Bred Pittin 5,5 milyon dollarlıq lüks evində yeni təhlükəsizlik tədbirləri gördüyü bildirilir. Məşhur aktyorun qonşuları hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və şəxsi heyətin sayının artdığını bildiriblər. Qonşular bildiriblər ki, maşınlar ərazidə patrul edir və təhlükəsizlik kameralarının sayı artırılıb.