“Canım qızım, hər şey sənin üçün”  - Demet Akalın yay mövsümünə vida etdi

 Müğənni Demet Akalın yay fotolarını paylaşaraq mövsümə vida edib. O, “Bu ilin ən gözəl qazancı “Yerinde Dur” mahnımız oldu. Sefoya, Serdara və həyat yoldaşıma təşəkkür edirəm” deyib.

Sherg.az xəbər verir ki, paylaşımının sonunda isə müğənni qızına səslənib: “Çəkiliş, konsert deyə bizi ən çox Hira darıxdı. Canım qızım, hər şey sənin üçün”.
Akalın həmçinin qazanc götürmədiyini, amma özünə lüks avtomobil aldığını bildirib. Sefoya da zarafatla: “Sən hədiyyə almadın, mən özümə aldım” deyə səslənib.