Cardi B  yeni hamiləlik fotosunu paylaşıb

Dünyaca məşhur müğənni Cardi B dördüncü dəfə ana olmağa hazırlaşır.

 Sherg.az xəbər verir ki, 32 yaşlı ulduz sosial şəbəkədə böyüyən qarnını göstərən yeni fotosunu paylaşıb.

Cardi B bir neçə həftə əvvəl bir proqramda hamilə olduğunu açıqlamışdı. Müğənni hazırda amerikalı futbolçu Stefon Diggs ilə münasibətdədir. Offsetlə boşanma prosesi davam edən Cardi B-nin Kulture Kiari, Vave Set və Blossom adlı üç övladı var.