Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı

Türkiyənin sevilən sənətçisi Cem Adrian 24 dekabr tarixində Heydər Əliyev Sarayında Event Office-in təşkilatçılığı ilə möhtəşəm konsert proqramı ilə çıxış edib.

Sherg.az xəbər verir ki, konsert zamanı səhnədən tamaşaçılara müraciət edən sənətçi Azərbaycanı çox sevdiyini bildirib və bu sevgini hər ifasında hiss etdirib. Özünəməxsus vokalı və duyğusal repertuarı ilə Cem Adrian izləyicilərinə unudulmaz və fərqli anlar yaşadıb.

Gecənin ən yaddaqalan məqamlarından biri isə konsert zalında baş tutan evlilik təklifi olub. Sürpriz an tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və gecəyə xüsusi romantik ab-hava qatıb. Cem Adrianın Bakıda baş tutan bu konserti həm musiqisi, həm də yaşanan emosional anlarla yaddaşlarda iz buraxıb.

Elmar İbrahimli