Damladan Talıba sərt cavab:“Bir kişi kimi özünə yaraşdırırsa...”
Yusif Sultanoğlu
10:10 03.02.2021
Şou
772
Bir neçə gün öncə “Heç vaxt, heç yerdə” verlişinə qonaq olan müğənni Talıb Tale həmkarı Damlanı sərt tənqid edib. O, Damlanın efirə tək çıxmaq istəyinə irad bildirib:
“Bilmirəm, doğrudan da deyib, ya yox, amma səhv edir. Onun gəldiyi yol da göz qabağındadır. Necə gəlib, tamaşaçılar görüb, elə də uzaq tarix deyil. Əgər belə bir addım atırsa, yanlışdır.
Onda mən də deyim ki, Damla olan məclisə gəlmirəm. Düzgün deyil axı. Toylarda elə olur bir yerdə oxuyuruq. Ona görə də məntiq yanlışdır. Onun xeyrinə deyil, yaxşı çıxmaz. Mən burda onu pisləmək üçün demirəm, sadəcə istəyinə yaxşı baxmıram. Bəlkə də, fikirləşir ki, belə edərək daha da reytinqini qaldıracaq. Məncə, səhvdir”.
Talıb Talenin fikirlərinə cavab verən Damlanın prodüseri Şamil İbrahimov “Sherg.az”a bunları deyib:
“Deyibsə də deyib. Neynəmək olar? Heç nə? Müğənnilərin hamısı Talıb kimi eyni sözü təkrarlayır. Heç vaxt Damlanı sevmədilər, bəyənmədilər. Həmişə onu bayağı müğənni adlandırdılar. Soruşsaq ki, bayağı nədir?
Cavabları olmaz. Onlar bayağının mənasını bilmirlər.
Hansı müğənni ki, Damlanın bayağı olduğunu söyləmir, o, həmin adın mənasını anlayır, ona görə Damlaya bu sözü demir. Talıb Taleyə bir xanım haqqında nə isə deməyi bir kişi kimi özünə yaraşdırırsa, danışsın. Buna başqa nə ad vermək olar?!”
Şamil bəy həmçinin efirə tək çıxmaq kimi bir şərtlərinin olmadığını xüsusi vurğulayıb:
“Biz kiməsə elə bir qadağa, şərt qoymamışıq. Amma çalışdığım qədər istəyirəm ki, Damla efirə tək çıxsın. Çünki digər qonaq müğənniyə etibar eləmirəm, birdən verlişdə Damlaya ağzına gələni deyər.
Normal həyatda Damladan danışırsa, efirdə də dilə gətirəcək. Bilirəm ki, heç biri Damlanı sevmir. Verlişdə nə isə xoşagəlməz söz işlədərlər, yaxşı nəticələnməz.
Lakin təkrar edirəm, kiməsə şərt qoymuruq. Belə bir söhbət yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya