Demet Akalın: “Okanla ayrı otaqlarda qalırdıq, yenə də...”
Yusif Sultanoğlu
13:55 22.02.2021
Şou
690
Müğənni Demet Akalın və eks - həyat yoldaşı Okan Kurt koronavirusdan sağalıblar. Çətin günlərdən keçən məşhur, xəstəlik müddəti haqqında canlı yayında danışıb. D.Akalın dostumu, düşmənimi yaxşı tanıdım deyərək izləyicilərə tövsiyyələrini çatdırıb.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni infeksiyaya yoluxduqları zaman izolyasiya olunub. Çətin günlərində dostluq münasibətlərini dəyərləndirən sənətçi iddialı açıqlamalar verib:
“Okan, Uludağda balaca otaqda maskasız oyun oynayırdı. Dedi ki, “ Burda yoluxmasam, başqa yerdə yoluxmaram”. Mən isə xizəklə sürüşəndə belə maska taxırdım. Tamamilə bəxtsizlikdir deyə düşünürəm. Okanın oyun oynadığı yerdəkilər, bir həftə sonra zəng edib, xəstəxanadayıq dedilər. Eşidəndə əsəblərim korlandı, bu çox böyük vicdan yüküdür. Peyvənd olunmadığım üçün də özümə qəzəblənirəm.
Okan idmançı olmasına baxmayaraq, xəstəliyi ağır keçirdi. Zatən onun testinin nəticəsinin pozitiv olduğunu öyrənəndə özümü hazırlamışdım, dərhal C vitamini qəbul etməyə başladım. Bəlkə də, ona görə yüngül keçirdim.
“Mənə Uludağa getməsəydin” deyə bilərsiniz, hətta istədiyinizi yazın, amma bu virus mütləq sizi tapır. Biz zatən Okanla ayrı otaqlarda qalırdıq, o zaman qızımızın istəyi ilə birgə idik.
Dəstək olanlar çox idi. Lakin “işini dayandırırsan eləmi?” deyə mesajlar atıldı. İrəm Dərici və Tarkan kimi bir çox dostum zəng elədi. İrəm sayəsində hər gün “Kəllə-paça” şorbası içdim.
Orxan Gəncəbay və həyat yoldaşı Sevim Əmrə mənə bitki dərmanları göndərdilər. Kürəyimdə bir ağrı vardı, sanki kəlbətinlə bütün hüceyrələrimi çəkirdilər.
Elə bir ağrı hiss etdim. Karantində qidalanmaya diqqət edirdim və çox su içdiyim üçün arıqladım. İndilərdə dad və qoxu bilməni itirmişəm.
Bütün xəstələrə şəfalar diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya