Dərya Uluq güldürdü: Mehmet Şimşekin şalvarı bizim evdədir

Son dövrün populyar müğənnilərindən olan Dərya Uluq sosial media hesabında sevgilisi Asil Gökün dərziyə verdiyi şalvarın, Xəzinə və Maliyyə naziri Mehmet Şimşekin şalvarı ilə qarışdığını bildirib.

Sherg.az xəbər verir ki, məşhur müğənni sevgilisindən bu gülməli hadisəni izah etməsini istəyib. Asil Gök isə belə deyib:
"Mənim şalvar Mehmet Şimşekə gedib, Mehmet Şimşekin şalvarı isə bizim evə gəlib. Hazırda  Mehmet Şimşekin şalvarı bizim evdədir."

Bu anları izləyiciləri ilə paylaşan Dərya Uluq yazıb: "Ancaq bu sənin başına gələ bilərdi."