Diddi işinin şok detalları: Yeni qurbanlar və cinayətlər ortaya çıxdı
Yusif Nəzərli
08:12 31.01.2025
Şou
480
ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper P.Diddinin (əsl adı - Şon Kombs) səs-küylü işinə yeni faktlar əlavə edilib. Belə ki, müstəntiqlər yeni zərərçəkənləri aşkar ediblər və musiqiçinin cinayətkar fəaliyyətlərinin 2024-cü ilə qədər davam etdiyini öyrəniblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Newsweek" məlumat yayıb.
Nyu-Yorkda təqdim edilmiş yeni ittihamnaməyə əsasən, prokurorlar reketlik məqsədilə sövdələşmə və fahişəlik məqsədilə daşınma ittihamlarını təsdiqləyən əlavə sübutlar təqdim ediblər. Reper tərəfindən ehtimal olunan istismarın qurbanlarının siyahısı da genişləndirilib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib.
Bildirilib ki, Diddiyə qarşı federal ittihamların genişlənməsi onun üçün daha sərt cəzaya səbəb ola bilər. Belə ki, digər ittihamlar uzunmüddətli həbs cəzası nəzərdə tutur, ancaq reketlik məqsədilə sövdələşmədə təqsirli bilinərsə, reper ömürlük həbs cəzası ala bilər.
Məhkəmə 2025-ci il mayın 5-də Nyu-Yorkda baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi