
Ebru Gündeşin 69 milyonluq konsert mübahisəsi: Mənsur Yavaş aydınlıq gətirdi
09:44 04.11.2024
Şou
714
Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mənsur Yavaş 29 oktyabr Respublika Günündə Ebru Gündeşin konserti üçün 69 milyon TL ödənildiyi iddiaları ilə bağlı açıqlama verib. Yavaş ödənişin edilmədiyini və istintaq tamamlanana qədər verilməyəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Yavaş, daxili audit bölməsi tərəfindən araşdırma başlatıldığını bildirib:
"Son vaxtlar bəzi mətbuat orqanlarında Ebru Gündeşin konserti üçün 69 milyon TL ödənilməsi ilə bağlı iddialar yayılıb. Daxili audit bölməmiz bu məsələ ilə bağlı araşdırmaya başlayıb. Konsertin ödənişi hələ də həyata keçirilməyib və istintaq tamamlanmamış verilməyəcək.

Sənətçi Ebru Gündeş Ankarada 29 oktyabr Respublika Bayramı qeyd etmələri çərçivəsində Ankara Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə Atatürk Orman Çiftliği Təbiət Yaşam Parkında təşkil edilən konsertdə səhnəyə çıxıb.
"Araşdırmalardan sonra lazımi dəqiqləşdirmələr aparılacaq. Şəffaf və hesabatlı idarəetmə yanaşması ilə qeyd etmək istərdik ki, tələb olunan rəqəm bir konserti deyil, 28-29 oktyabr Respublika Gününün 101-ci ildönümü tədbirinin xərclərini, eləcə də texniki quraşdırma və konsert ödənişlərini əhatə edir. Ankaralıların pulunu israf etməyəcəyimizi və qaynaqların ankaralılar üçün ən yaxşı şəkildə istifadə ediləcəyini bildirmək istərdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət