Efendi “Avroviziya”ya qayıdır!
10:18 15.05.2025
Şou
806
15 may 2025-ci il tarixində İsveçrənin Bazel şəhərində keçirilən “Eurovision 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalında azərbaycanlı müğənni Samira Efendi (səhnə adı ilə Efendi) qonaq ifaçı kimi səhnəyə çıxacaq.
Sherg.az xəbər verir ki, Efendinin çıxışı 2020-ci ildə pandemiya səbəbindən “Eurovision”un ləğv olunması nəticəsində səhnəyə çıxmaq fürsəti əldə edə bilməyən sənətçilər üçün təşkil olunmuş xüsusi “interval aktı” çərçivəsində baş tutacaq.
Bu aktda müxtəlif illərin sevilən sənətçiləri bir araya gəlib tamaşaçılara nostalji dolu anlar yaşadacaq.
Qeyd edək ki, Efendi 2020-ci ildə “Cleopatra” mahnısı ilə Azərbaycanı təmsil etməli idi, lakin həmin il müsabiqə baş tutmadı. O, 2021-ci ildə isə “Mata Hari” adlı mahnı ilə çıxış edərək finalda 20-ci yeri tutmuşdu. Onun enerjili çıxışı və vizual şousu hələ də Eurovision fanatlarının yaddaşındadır.
Bu gecəki ikinci yarımfinal Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Efendinin səhnə çıxışı isə müsabiqənin interval aktı zamanı yayımlanacaq.
Elmar İbrahimli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual