Elgiz və Tolikdən sonra Zaurun da verilişi bağlandı?

ATV-nin efirində Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Rəngarəng" verilişinin yayımının dayandırıldığı iddia olunub.

Axar.az xəbər verir ki, bu gün ATV-də proqramın təkrar buraxılışlarından biri yayımlanıb.

ATV-nin Mətbuat Xidmətinin rəhbəri Ozal İbrahimli Oxu.az-a açıqlamasında bildirib ki, verilişin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, bundan əvvəl Tarix Əliyevin (Tolik) "Tarixin bu günü" və Elgiz Əkbərin "Elgizlə izlə" verilişləri bağlanıb.