Eminem ikinci dəfə baba olur: Böyük qızı Alaina Scott hamilədir

“Without Me”, “Superman”, “Lose Yourself” və daha bir çox hit mahnı ilə tanınan 52 yaşlı məşhur repçi Eminem, ikinci dəfə baba olmağa hazırlaşır.

Sherg.az xəbər verir ki, dünyanın ən tanınmış repçilərindən biri olan Eminem (əsl adı Marshall Bruce Mathers), övladlığa götürdüyü böyük qızı Alaina Scottun hamilə olduğunu öyrənib.
Alaina Scott, həyat yoldaşı Matt Moeller ilə birlikdə ilk övladlarını gözlədiklərini sosial şəbəkədə paylaşaraq belə yazıb:
“Daxilimdə kiçik bir ürək döyüntüsü daşıyıram və bu körpə artıq həyatımı hər mənada dəyişib.”

2023-cü ildə ailə quran Alaina Scott – Matt Moeller cütlüyünü təbrik edən ilk şəxs Eminemin digər qızı Hailie Jade Scott olub. O, “xala olacağım üçün çox həyəcanlıyam” sözləri ilə sevincini bölüşüb.

Digər tərəfdən, Eminem bir neçə ay əvvəl ilk dəfə baba olmuşdu. Onun bioloji qızı Hailie Jade Scott, 14 mart 2025-ci ildə oğlu Elliot Marshallı dünyaya gətirib. Eminem baba olacağını “Temporary” adlı mahnısının klipində elan etmişdi.