F1 filminin rejissoru Cozef Kosinski Bred Pitt etirafı etdi
13:58 15.10.2025
Şou
227
Dünya miqyasında böyük uğur qazanan “F1: The Movie” filminin rejissoru Cozef Kosinski, Bred Pittlə bağlı çəkiliş xatirələrini danışıb.
Sherg.az xəbər verir ki, filmin nümayişindən öncə tənqidçilərdən yüksək qiymət alan və qısa müddətdə 114 milyon dollar gəlir əldə edən ekran əsərinin rejissoru Cozef Kosinski, People jurnalına verdiyi müsahibədə Pittlə yaşadığı ən gərgin çəkiliş anlarını bölüşüb.
Kosinski bildirib ki, Las-Veqasda gecə çəkilişləri zamanı hava olduqca soyuq olub və avtomobil təkərləri yola yaxşı yapışmayıb:
“Ən qorxulu hissə, şübhəsiz ki, Las-Veqas idi. Gecə çəkiliş edirdik, hava çox soyuq idi və təkərlər tutuş vermirdi.”
Rejissor əlavə edib ki, həmin trek il ərzində cəmi üç gün açıq olur, bu səbəbdən Bred Pittin orada əvvəlcədən məşq etməyə imkanı olmayıb.
“Əgər kiçik bir səhv etsəydi, birbaşa divara çırpıla bilərdi. Bu, etdiyimiz ən təhlükəli çəkiliş idi”, - deyə Kosinski vurğulayıb.
Məşhur rejissor Bred Pitti tərifləyərək belə deyib:
“Bred Pitt bu səhnəni mükəmməl şəkildə tamamladı. Həmin gün çəkiliş meydançasında əla idi.”
Filmdə Pittə həmkarı Damsun İdris də müşayiət edib. Kosinski bildirib ki, İdrisin də sürücülük qabiliyyəti var və aktyorlar kamera qarşısında olduğu qədər trasda da uğurlu çıxış ediblər.
Çəkilişlərin son günündə emosional anlar yaşandığını deyən Kosinski, Bred Pittin canlandırdığı obrazla vidalaşmaqda çətinlik çəkdiyini bildirib:
“Son səhnələrdən birini bir qədər uzun çəkdik. Bred maşından düşəndə çox kədərlənmişdi. O, obrazı ilə güclü emosional bağ qurmuşdu.”
Rejissor, “F1” filminin davamı ilə bağlı da danışıb:
“Sonni Heyzin növbəti macərasını görmək istərdim və tamaşaçıların da buna marağı olacaq. Buna görə də çox yaxın zamanda bu mövzunu müzakirə etməyə və hekayənin növbəti hissəsində nə ola biləcəyini düşünməyə başlayacağıq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya