“Hadi Hadi” mahnısı ilə tanınan məşhur müğənni Fatih Ürek 15 oktyabr səhər saatlarında evində infarkt keçirib. Sherg.az xəbər verir ki, hadisə yerində ona ilkin tibbi yardım göstərilib. Ürekə 20 dəqiqə ərzində CPR (ürək masajı) tətbiq edildikdən sonra xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Təxminən iki aydır reanimasiyada müalicəsi davam edən Fatih Ürekin şüursuz həyat yaşadığına dair xəbərlər pərəstişkarlarını kədərləndirib. 59 yaşlı sənətçinin həyati funksiyalarını təkbaşına davam etdirə bilmədiyi və şüursuz vəziyyətə düşdüyü iddia olunub.
Məsələ ilə bağlı Fatih Ürekin meneceri Mert Siliv açıqlama verib. O bildirib ki, Fatih Ürek şüursuz vəziyyətdədir, ancaq yaşam mücadiləsi verir .