Fatimə tanınmış aparıcını yıxıb sürüdü - "Deyib ki..."
Yusif Nəzərli
04:51 01.02.2025
Şou
538
Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Zaur Nəbioğlu barədə qalmaqallı fikirlər səsləndirib.
Milli.az xəbər verir ki, "Tarixin bir günü" verilişinin qonağı olan rəqqasə dost kimi qatıldığı proqramda gözlənilmədən düşmən münasibəti ilə qarşılaşdığını bildirib:
"Mən də vaxtilə onlara dost demişəm. Amma təəssüflər olsun ki, mən onlara dost demişəm. Bu yaxında dostların verilişinə dəvət olundum. Ancaq özümü dostların yanında yox, tam başqa, özgə xalqın nümayəndəsi kimi hiss etdim. Bilirsiniz, nəyə görə? Çünki mən ora gələndə ilk olaraq demişdim ki, xahiş edirəm sizdən şəxsi həyatımdan sual verməyin. Sən də mənə şəxsi həyatımdan sual verdin və gözəl şəkildə cavabını aldın. Amma mənə elə bir şəkildə sual verdilər, elə yerimdən toxundular... Mənim övladlarım artıq böyüyüb. Qızımın 30, oğlumun 14 yaşı olacaq. İstəmirlər ki, onların adı çəkilsin. İndi mən danışıram əslində bu çoxdur. Vadar edirlər ki, bunları deyəsən. Orada mənim ailəm və övladlarım haqda suallar verildi və mən də özümü itirdim. Dost deyib getmişdim. O dəqiqə bilmədim ki, nə danışıram. Sonra efirə baxıb dedim ki, bu mənəm? Həmin aparıcı isə tamaşaçılara deyir ki, bilirsiz, Fatimə xanım rusdilli məktəbi bitirib ona görə danışıq qabiliyyəti o deyil. Bu nə deməkdir? Bəli, rusdilli məktəb bitirmişəm. Amma eyni zamanda Azərbaycan dilində İncəsənət Universitetini də bitirmişəm. İllərdir ki, təcrübəm var. Səhnədə böyümüşəm və məclislər idarə edirəm. Buradan Rusiyaya dəvət alıram, 300 nəfərlik məclisi tək aparıram".
F.Fətəliyeva sərt etirazına belə davam edib:
"Ola bilsin ki, bu söhbətdən sonra hansısa məclisdə həmin adamlar mən tərəfə belə baxmasınlar. Canları sağ olsun. Mən olan şeyi demişəm. Elə bilirlər ki, o verilişlər sonacan gedəcək. Amma heç nə ömür boyu parıldamır. İnsan dostluğu reytinqə dəyişməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media