Fərqanə Qasımovanı aldadıb 400 manatını aldılar
Yusif Nəzərli
16:09 24.12.2024
Şou
551
Əməkdar artist Fərqanə Qasımovanın başına iş gəlib.
Axar.az Milli.az-a istinadən xəbər verir ki, dələduzların qurbanı olan xanəndə bu barədə sosial media hesabında paylaşım edib.
Müğənni bildirib ki, dələduzlar rəfiqəsinin adından istifadə edərək ondan 400 manat pul alıblar:
"Ən yaxın rəfiqəmdən mənə zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda "Fərqanə xanım, bankdayam. Pul köçürdürəm, amma filan məbləğ çatmır" sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda "Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim" sözlərini yazmışdı. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır!. Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır".
Xatırladaq ki, daha əvvəl rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da adından dələduzluq halları olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi