Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsi biznesmen Qleb Rıskovun müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianın təmin edilməməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə sənətçinin vəkili Roman Kuzmin məlumat verib.
Qeyd olunub ki, Q.Rıskov və F.Kirkorov arasındakı mübahisə predmeti Moskva çayı sahilində yerləşən tennis kortu və körpünün istismarına qoyulan qadağa olub.
Daha əvvəl Qleb Rıskov bildirmişdi ki, əvvəlcə həmin ərazinin məşhur sənətçiyə məxsus olmasından xəbərsiz olub və ondan şəxsi məqsədlər üçün istifadə etməyi planlaşdırıb. Sahibkarın iddialarına görə, mübahisəli zona hüquqi cəhətdən ümumi istifadədə olan torpaqlara aid olsa da, faktiki olaraq Kirkorovun mülkiyyəti kimi rəsmiləşdirilib.