Fransız kino ikonu vəfat edib

Məşhur fransız aktrisa Bricit Bardo 91 yaşında dünyasını dəyişib. Bu barədə dekabrın 28-də "Le Figaro" qəzeti məlumat yayıb.

Sherg.az xəbər verir ki, məlumata görə, fransız kinosunun ikonası hesab olunan Bardo 1934-cü il sentyabrın 28-də Parisdə anadan olub. Aktrisa 38 yaşında kino karyerasını başa vurub və bu müddət ərzində 48 filmdə rol alıb. Onun ən tanınmış işləri sırasında Lui Malın “Şəxsi həyat” (1962) və Jan-Lük Qodarın “Nifrət” (1963) filmləri yer alır. Bardo həmçinin 70-dən çox mahnı ifa edib.

Bricit Bardonun iştirakı ilə çəkilən filmlər təkcə Fransada deyil, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanıb. Kino fəaliyyətini dayandırdıqdan sonra o, həyatını heyvan hüquqlarının müdafiəsinə həsr edib.