“Gülbahar” ABŞ-də səsləndi
09:31 15.05.2025
Şou
309
Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Sherg.az məlumat verir ki, pop ulduz və bir sıra mədəniyyət işçiləri Amerika Dövlət Departamentinın 80 ildən çox təşkil etdiyi “İVLP İnternational Visitor Leadership” proqramı çərçivəsində Amerikaya yollanıb. Orada sənətçi bir sıra rəsmi görüşlərdə, səsyazma studiyalarında, təhsil və mədəniyyət ocaqlarında iştirak edir, musiqi mütəxəssisləri ilə fikir mübadiləsilə aparır.
Xalq artisti Vaşınqtonda yerləşən ABŞ Dövlət Departamentinin “Mədəniyyət və müəllif hüquqları” şöbəsində qonaq olub. Görüşdə müəllif hüquqları, musiqi təhsili və tədrisi barəsində söhbətlər aparılıb.
Zəngin proqram çərçivəsində Xalq artisti həmçinin də ABŞ -Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla da görüşüb. Estrada ulduzu qonaqlar üçün böyük şair Hüseyn Cavidin “Qız məktəbində" şeiri əsasında yazılan “Gülbahar” əsərini səsləndirib. Diqqət çəkən məqamlardan biri məhz Ticarət Palatasının həyətində dahi şair Hüseyn Cavidin büstünün olması idi.
Daha sonra Xalq artisti dünyanın ən böyük kitabxanası olan “Konqres kitabxanası”nı ziyarət edib. Sözügedən məkanda Aşıq Əkbərin, böyük şair Zəlimxan Yaqubun və digər aşıq və musiqiçilərimizin səsyazmaları yer alıb.
Görüşlərdən sonra sənətçi həmyerlilərimizlə vaxt keçirib.
Xalq artisti təəssüratlarını bölüşüb: “İlk olaraq Azərbaycanda fəaliyyət göstərən Amerika Səfirliyinə təşəkkür edirəm. Onların bu təklifi mənə çox maraqlı gəldi. Peşəkar mütəxəssis olaraq “İVLP İnternational Visitor Leadership” proqramı sayəsində bir çox maraqlı görüşlərdə iştirak edirəm, yeni tanışıqlıqlar olur. Ən əsası bizim musiqimizin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha bütün dünyaya çatdırırıq”.
Elmar İbrahimli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm