Hicabsız konsert verən müğənniyə cinayət işi açıldı
Yusif Nəzərli
08:03 15.12.2024
Şou
608
İranda müğənni Parastu Əhmədi və musiqiçi yoldaşlarına qarşı cinayət işi açılıb.
Axşam.az xəbər verir ki, buna səbəb sənətçinin yutubdakı konsertdə hicabsız çıxış etməsi olub.
Konsertin videoyazısına bir gündən az vaxt ərzində 150 min dəfədən çox baxılıb. Tamaşadan fraqmentlər müxtəlif sosial şəbəkələrdə yayılıb. Bu, Əhmədinin fəaliyyətini İran hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb.
Hüquq-mühafizə orqanları Əhmədinin çıxışının ölkənin hüquqi və mədəni normalarına uyğun olmadığını bildirib. Orada iştirak edən musiqiçilərə qarşı tədbir görüləcəklərinə söz veriblər.
Onlayn konsert yayımlandıqdan az sonra təhlükəsizlik agentləri Əhmədinin evinə basqın ediblər. Müğənninin yeri isə hazırda məlum deyil.
Qeyd edək ki, İran qanunları qadınların başlarını örtmədən ictimai yerlərdə solo oxumasını qadağan edir. Əhmədi isə açıq-saçıq geyimdə, saçları açıq, qırmızı manikür və pomada ilə çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi