Hollivud ulduzu zorakılıq iddiasına cavab verib

Hollivud ulduzu Halle Berry keçmiş həyat yoldaşı Olivier Martinezin 13 yaşlı oğulları Maceoya qarşı zorakılıq tətbiq etməsi ilə bağlı ittihamlarını rədd edib.

Sherg.az Habertürk-ə istinadən xəbər verir ki, Martinez sentyabrın 26-da baş verdiyini iddia etdiyi hadisəyə görə məhkəmədən Berry haqqında müvəqqəti uzaqlaşdırma qərarı alıb.

Aktrisa isə məhkəməyə təqdim edilən fotoşəklin zorakılıq faktını sübut etmədiyini bildirib. Onun sözlərinə görə, görüntüdə heç bir xəsarət izi görünmür.

Hazırda keçmiş cütlük oğullarının qəyyumluğu ilə bağlı məhkəmə çəkişməsi aparır. Martinez uşağın qəyyumluğunu tamamilə əldə etməyə çalışır.