Türkiyəli aktrisalar Hülya Avşar və Özge Özberk İstanbulun Bostancı səmtində yerləşən Clubsporiumda keçirilən Hülya Avşar Cup turniri çərçivəsində sərgi matçına çıxıblar.
Sherg.az xəbər verir ki, mətbuat nümayəndələri ilə söhbət edən Hülya Avşar turnirin son günündə sərgi oyunu keçirməyə qərar verdiklərini bildirib. O, Özge Özberkin tennis oynadığını eşidəndə sevindiyini deyərək, özünün də hələ tennisə davam etdiyini, sadəcə bunu sosial mediada paylaşmadığını qeyd edib.
Yeni il arzularını da bölüşən Avşar, “Hər kəsin kədərinə kədərlənib, sevincinə şərik olaraq gözəl bir il keçirdik. Ümid edirəm, qarşıdakı il daha yaxşı olar”, - deyə bildirib. Son vaxtlar avtomobil qəzası ilə bağlı sualları isə cavabsız qoyaraq mövzunu tenisə yönəldib.
Özge Özberk də qısa açıqlamasında turnirin final gününə diqqət çəkərək, “Ümid edirəm, hamımız üçün gözəl bir il olar”, - deyə vurğulayıb.